Translations 2
Azerbaijani (az-AZ) |
||
---|---|---|
Name |
Əlibaba Abdullayev |
|
Biography |
Əlibaba Abdulla oğlu Abdullayev (23 mart 1915, Bakı – 9 avqust 1980, Bakı), bəzi mənbələrdə Əli Bala Abdullayev — Azərbaycan-sovet xalq rəqqası və xoreoqrafı. O, Azərbaycan Filarmoniyasının mahnı və rəqs ansamblının kollektivinin bədii rəhbəri olmuş, Azərbaycan SSR əməkdar artisti (1943) və Azərbaycan SSR xalq artisti (1959) fəxri adlarına layiq görülmüşdür. Əlibaba Abdullayev peşəkar fəaliyyətə 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında başlamış, iki ildən sonra Moskvada keçirilən I Azərbaycan İncəsənət Dekadasında iştirak etmişdir. İkinci Dünya müharibəsi illərində o, rəqs qrupunun rəhbəri olmuş, İranda sovet qoşunları ilə əlaqədə olmuş, bəzi əsərlər hazırlamış, Mozdok rayonunda 416-cı atıcı diviziyanın hərbi qulluqçuları ilə görüşmüşdür. Müharibədən sonra Əlibaba Abdullayev Bakıda Musiqili Komediya Teatrında Azərbaycan musiqi klassiklərinin əsərlərini tamaşaya qoymuşdur. O, 1960-cı illərdə Dövlət Filarmoniyasının xoreoqrafı olmaqla Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri əsasında bir sıra rəqs kompozisiyaları yaratmışdır. Bundan əlavə, Əlibaba Abdullayev Mirzə Ağaəli Əliyev adına Azərbaycan İncəsənət İnstitutunda və Bakı Xoreoqrafiya Məktəbində dərs demişdir. Əlibaba Abdullayev təkcə teatr səhnəsində deyil, həm də bir sıra Azərbaycan-sovet bədii filmlərində fərdi və kollektiv rəqslərə quruluş vermişdir. Əlibaba Abdullayev həm də mahnılar yazmışdır. Doğulduğu Bakı şəhərinin küçələrindən biri Əlibaba Abdullayevin adını daşıyır, yaşadığı evin divarına xatirə lövhəsi vurulmuşdur. Əlibaba Abdullayev haqqında sənədli film çəkilmişdir. |
|
English (en-US) |
||
---|---|---|
Name |
Alibaba Abdullayev |
|
Biography |
Alibaba Abdulla oglu Abdullayev (Azerbaijani: Əlibaba Abdulla oğlu Abdullayev), also known as Ali Bala Abdullayev (Azerbaijani: Əli Bala Abdullayev) in some sources, was an Azerbaijani-Soviet folk dancer and choreographer. He served as the artistic director of the collective of the Azerbaijan Philharmonic's music and dance ensemble, and was honored with the titles of Azerbaijan SSR Honored Artist (1943) and Azerbaijan SSR People's Artist (1959). Alibaba Abdullayev started his professional career in 1936 at the Azerbaijan State Philharmonic, and two years later, he participated in the 1st Azerbaijani Fine Arts Decade held in Moscow. During the years of World War II, he led a dance group, collaborated with the Soviet army in Iran, created some works, and met with military personnel from the 416th Rifle Division in Mozdok. After the war, Alibaba Abdullayev staged Azerbaijani classical music compositions at the Musical Comedy Theater in Baku. In the 1960s, as the choreographer of the State Philharmonic, he created a series of dance compositions based on works of Azerbaijani literature. In addition, Alibaba Abdullayev taught at the Azerbaijan Art Institute named after Mirza Aghaali Aliyev and the Baku Choreography School. In addition to his work on the theater stage, Alibaba Abdullayev was also involved in individual and collective dance performances in several Azerbaijani-Soviet films. He was also known for composing songs. One of the streets in Baku, where he was born, bears the name of Alibaba Abdullayev, and a memorial plaque is placed on the wall of the house where he lived. A documentary film has been made about Alibaba Abdullayev. |
|