Translations 2
English (en-US) |
||
---|---|---|
Name |
Elshan Rustamov |
|
Biography |
—
|
|
Azerbaijani (az-AZ) |
||
---|---|---|
Name |
Elşən Rüstəmov |
|
Biography |
Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2012). Elşən Mərdan oğlu Rüstəmov 22 yanvar 1971-ci ildə Masallı rayonunda müəllim ailəsində anadan olub. Orta məktəbi həmin rayonun Babaser kəndində oxumuşdur. 1988-ci ildə Moskvada Tikinti Məktəbinə daxil olub. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1990–1995). Orada Rafiq Atakişiyev, Oqtay Salamov, Rafiq Əzimov, Lütfi Məmmədbəyli və Bəxtiyar Xanızadə kimi sənətkarlardan dərs almışdır. 1993-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. İndiyə qədər bu teatrda səhnələşdirilən 50-yə yaxın tamaşada rol alıb. Eyni zamanda digər teatrların da səhnələrində çıxış edib. Dublyaj işi ilə məşğuldur. Evlidir. 9 may 2012-ci il tarixdə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. |
|