Translations 3
English (en-US) |
||
---|---|---|
Name |
Rustam Rustamov |
|
Biography |
—
|
|
Azerbaijani (az-AZ) |
||
---|---|---|
Name |
Rüstəm Rüstəmov |
|
Biography |
Rüstəm Qərib oğlu Rüstəmov 1961-ci ildə Cəbrayıl rayonunun Çaxırlı kəndində anadan olub. 1983-1987-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsində təhsil alıb. İnstitut illərində bir çox tamaşalarda rol alıb. 1987-1989-cu illərdə təyinatla Sabit Rəhman adına Şəki Dövlət Musiqili Dram Teatrında çalışıb. 1989-1995-ci illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında, 1995-1998-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləyib. 2013-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Rüstəm Rüstəmov Akademik Milli Dram Teatrında Y.Şvartsın “Kölgə”də Pyetro, A.Sadıqovun”Nindza Tısbağalar və kapitan Cekin macəraları”daŞredder,C.Rodarinin”Çipollino”da Senyor Pomidor,İ.Əfəndiyevin“Mənim günahım”da Səxavət, C.Məmmədquluzadənin “Anamın kitabı”da Mirzə Baxşəli,C.Məmmədquluzadənin“Ölülər”də Heydər ağa, Y.Polyakovun “Sinif yoldaşları”da Moyor, H.Mirələmovun “Vəsiyyət”də Pirim, N.Qoqolun “Müfəttiş”də Xristian İvanoviç Qibner, Q.Qorinin ”Herostratı unudun”da Krispp, Elçinin “Cəhənnəm sakinləri”də qonşu kişi, M.S.Ordubadinin “Qətibə İnanc”da Qızıl Arslan, və s. tamaşalarda maraqlı obrazlar yaradıb. |
|
Russian (ru-RU) |
||
---|---|---|
Name |
Рустам Рустамов |
|
Biography |
Родился 11 декабря 1961 года в селе Чахирли Джебраильского района. Азербайджанский советский актер. С 1968 по 1978 год учился в средней школе № 188, расположенной в Сабунчинском районе города Баку. С 1980 по 1982 год находился на военной службе. С 1983 по 1987 год учился на факультете «Актер драмы и кино» Азербайджанского государственного художественного института имени М. Алиева. За годы учебы в институте он принял участие во многих спектаклях. С 1987 по 1989 год играл в Шекинском государственном музыкально-драматическом театре имени Сабита Рахмана. С 1989 по 1995 год играл в Сумгаитском государственном драматическом театре имени Х.Араблинского. С 1995 по 1998 год - играл в Азербайджанском государственном театре музыкальной комедии. С 2013 года играет в Азербайджанском государственном академическом национальном драматическом театре. |
|